2024-cü ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 742,2 milyon manat və ya ÜDM-in 19,1%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, 2024-cü ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 3 milyard 465,9 milyon manat (2023-cü ilin yanvar ayı ilə müqayisədə azalma 13,5%), xərcləri – 1 milyard 723,7 milyon manat (artım 18,2%) təşkil edib.
2024-cü ilin yanvar ayında Azərbaycanda ÜDM-in nominal həcmi 9 milyard 131 milyon manat təşkil edib.
2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 2 milyard 590 ilyon manat və ya ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırılıb. **
R.Əhmədov