Prezident İlham Əliyev bəyan edib ki, dövlət başçısı postunda Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunması üçün əlindən gələni əsirgəməyəcək.
“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - Əliyev çərşənbə günü andiçmə mərasimindəki nitqindəbildirib.
Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. **
R.Əhmədov