Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkə hökuməti çox güclü hərbi sənaye kompleksi yaradır.
“Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir. Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı 1 milyard manat (cari məzənnə ilə $600 milyona yaxın – İF) sərmayə qoyulacaq”, - Əliyev çərşənbə günü inaqurasiyada bildirib.
Onun sözlərinə görə, hərbi sənaye kompleksinin gücləndirilməsi ölkəni hərbi texnikanın idxalından mühüm dərəcədə asılılığını azaldacaq.
O, həmçinin bəyan edib ki, Azərbaycan heç zaman mənasız addım atmır. “(...) bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”, - prezident vurğulayıb.
Əliyev əlavə edib ki, prioritet vəzifələrdən biri Azərbaycanın sərhədlərinin möhkəmləndirilməsidir. **
R.Əhmədov, X.Nəsirzadə