Azərbaycanın strateji valyuta ehtiyatları $69,5 milyard səviyyəsində qiymətləndirilir. Bu barədə Prezident İlham Əliyev bəyan edib.
“Əgər 2003-cü ildə valyuta ehtiyatlarımız $1,6 milyard təşkil edirdisə, indi bu rəqəm $69,5 milyard səviyyəsində qiymətləndirilir”, - Əliyev andiçmə mərasimində nitiqində bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici borcun $6,4 milyarda qədər və ya ÜDM-in 9%-dən azalmasına nail olub.
Əliyev vurğulayıb ki, iqtisadiyyatda aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni investisiya mühiti yaradıb. "Əgər əvvəlki illərdə neft-qaz sahəsinə investisiyalar daha çox qoyulmuşsa, bu gün qeyri-neft sektoruna qoyulan investisiyalar milyardlarla dollar təşkil edir. Əldə edilmiş razılaşmalar, imzalanmış müqavilələr yaxın bir neçə ildə özünü o qədər göstərəcək, sıçrayış o qədər böyük olacaq ki, bunu hamı görəcək", - Azərbaycan Prezidenti əlavə edib. **
A.Əzizov