Azərbaycan prezidenti İlham Əliyev yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurəti barədə bəyan edib.
“Biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur”, - Əliyev çərşənbə günü andiçmə mərasinində nitqində bildirib..
Dövlət başçısı əlavə edib ki, ona görə “xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”.
“İnterfaks-Azərbaycan” onun sözlərindən sitat gətirərək xəbər verir ki, “dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq”.
Dövlət başçısı bəyan edib ki, “neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün” Azərbaycan öz dəstəyini göstərir və göstərəcək.“Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. ... Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”, - Əliyev əlavə edib. **
R.Kərimov