Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir lideri Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra Qahirənin dəstəyi ilə Qəzza zolağını bərpa etməyə hazır olduğunu bildirib. Bu barədə EFE agentliyi xəbər verir.
«Biz ortamüddətli perspektivdə Misirlə əməkdaşlıqda Qəzza zolağını bərpa etməyə hazırıq», - Ərdoğan Qahirədə Əs-Sisi ilə birgə mətbuat konfransında vurğulayıb.
Bundan əlavə, Ərdoğan bildirib ki, «Qəzza zolağının əhalisi sürgünə məruz qalmamalıdır» və Misirin mövqeyini dəstəkləyib.
Türkiyə lideri İsrailin Rəfah şəhərinə hücum planlarını tənqid edib və Israilin baş naziri Benyamin Netanyahunu «Rəfahda kütləvi qətl siyasətindən imtina etməyə» çağırıb.
Türkiyə Prezidenti həmçinin məlumat verib ki, ölkəsi Misir vasitəsilə gələn 700-ə yaxın fələstinli qaçqınları tibbi yardım göstərmək üçün qəbul edib və əlavə edib ki, Qahirə ilə bütün səviyyələrdə münasibətləri möhkəmləndirməkdə «qətiyyətlidir».
Öz növbəsində, Əs-Sisi Qəzza zolağına humanitar yardım göndərdiyinə görə Türkiyəyə təşəkkür edib. Misir lideri həmçinin Qəzza zolağında atəşin dərhal dayandırılmasına çağırıb ki, «sülh prosesinin mümkün qədər qısa müddətdə bərpa edilməsi üçün fürsət yaransın». **