Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8236 manat/1EUR səviyyəsində (fevralın 14-nə 1.8213 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0186 manat/1RUB səviyyəsində saxlayıb.
AMB fevralın 15-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0553 manat/1TRY səviyyəsində saxlayıb.*
N.Abbasova