Moskva üçün ABŞ Prezidenti postunda Donald Trampla müqayisədə Co Bayden daha yaxşıdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin “Moskva.Kreml.Putin” proqramının müəllifi Pavel Zarubinə müsahibəsində jurnalistin “Rusiya üçün ABŞ Prezidenti postunda kim daha yaxşıdır – Bayden, yoxsa Tramp?” sualına belə cavab verib: “Bayden. O, daha təcrübəli, proqnozlaşdırıla bilən, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının etimad göstərəcəyi istənilən ABŞ lideri ilə işləyəcəyik”.*