2024-cü ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 9,6% - 3 milyard 303,6 milyon manata qədər ($178,6 milyon) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2024-cü ilin yanvar ayında 115,8 min ton avtomobil benzini (azalma 0,1%), 179,2 min ton qazoyl /dizel yanacağı (azalma 7,4%), 2,4 min ton sürtkü yağları (azalma 57,9%), 16,4 min ton maye qaz (azalma 26,5%), 19,5 min ton neft koksu (azalma 13,3%) istehsal edilib.
Hesabat dövründə 43,7 min ton təyyarə yanacağı (artım 4,8%), 12,4 min ton neft bitumu (artım 22,8%) istehsal edilib.
Yanvarda mazut istehsal olunmayıb.
2024-cü il fevralın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 38 min ton avtomobil benzini, 27,6 min ton təyyarə yanacağı, 107,2 min ton qazoyl (dizel yanacağı), 1,7 min ton mazut, 3,3 min ton sürtkü yağları, 3,4 min ton maye qaz, 10,2 min ton neft bitumu və 46,9 min ton neft koksu var.*
N.Abbasova