İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 100 milyon manat məbləğində istiqraz buraxmağı və yerləşdirməyi planlaşdırır.
Mərkəzi Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, fondun rəhbərliyi fevralın 8-də istiqrazların yeni emissiya prospektini təsdiq edib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 100 min ədəd səhmə bölünüb. İstiqrazların tədavül müddəti 8640 gün, illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə hər 180 gündən bir təşkil edəcək.
Hazırda İKZF-nin 1 milyard 744,19 milyon manat məbləğində 2,145 milyon ədəd istiqrazı tədavüldədir.
2023-cü ildə İKZF istiqrazların yerləşdirilməsindən 400 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
R.Əhmədov