2024-cü ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 5 milyard 618,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 4,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2024-cü ilin yanvar ayında Azərbaycanda orta illik inflyasiya 1,7% təşkil edib.
Statistik məlumatlara görə, yanvarda əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 3,9% - 551,8 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 4 milyard 833 milyon manat qalır ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 4,5% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 474,6 manat (artım 3,9%) təşkil edib.*
X.Nəsirzadə