Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Belçikanın təşkilatçılığı ilə keçiriləcək nüvə enerjisi sammitində iştirak edəcək.
“Martın 21-də Brüsseldə nüvə enerjisi sammiti keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan sammitdə iştirakını təsdiqləyib”, - deyə Belçikanın Ermənistandakı səfiri Erik de Myunk “Armenpress” informasiya agentliyinə bildirib.
AEBA-nın saytında verilən məlumata görə, sammitə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi və Belçikanın baş naziri Aleksandr De Kro həmsədrlik edəcək.*