2023-cü ildə Azərbaycana 1 milyon 175,341 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $303 milyon 983,1 min (azalma 30,4%) təşkil edib.
Beləliklə, Azərbaycanın 2023-cü ildə aldığı buğdanın qiyməti bir ton üçün $258,63 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $164 milyon 620 min dəyərində (azalma 6%) 258,702 min ton şəkər xammalı və şəkər (azalma 19,7%), $141 milyon 291,6 min dəyərində (azalma 40,8%) 121,179 min ton bitki yağı (azalma 15%), $70 milyon 557 min dəyərində (azalma 6,5%) 13,676 min ton çay (azalma 5,1%), $92 milyon 416,4 min dəyərində (azalma 15,5%) 16,596 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 11,6%) idxal edilib.
Bununla yanaşı, respublikaya $32 milyon 328,9 min dəyərində (artım 48,8%) 8,311 min ton iribuynuzlu heyvan əti (artım 72,5%), $46 milyon 154,9 min dəyərində (azalma 15,5%) 29,181 min ton quş əti və quş əti məhsulları (azalma 16%) idxal edilib.
Hesabat ilində Azərbaycana $131 milyon 836 min dəyərində (artım 1,3%) 129,162 min ton meyvə (azalma 0,1%), $17 milyon 181,8 min dəyərində (artım 3,2%) 28,943 min ton tərəvəz (artım 6,9%), $49 milyon 174,6 min dəyərində (azalma 10,9%) 172,657 min ton kartof (azalma 12,7%) idxal edilib.
2023-cü ildə ölkədən $180 milyon 587,2 min dəyərində (azalma 1,4%) 178,792 min ton tərəvəz (artım 5,8%), $502 milyon 107,7 min dəyərində (artım 15,1%) 454,856 min ton meyvə (artım 20,1%), $30 milyon 930,3 min dəyərində (azalma 11,9%) 71,192 min ton kartof (azalma 9,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $23 milyon 681 min dəyərində (azalma 39%) 31,772 min ton şəkər (azalma 42,8%), $9 milyon 214,3 min dəyərində (azalma 38,1%) 5 min 492,4 ton bitki yağı (azalma 30,5%) ixrac edilib.
2023-cü ildə Azərbaycan $20 milyon 420,4 min dəyərində (artım 43,5%) 16,093 min ton meyvə və tərəvəz şirələri (artım 44,2%), $6 milyon 987,2 min dəyərində (artım 25,5%) 317,3 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 5,6%), $13 milyon 425,7 min dəyərində (artım 28%) 9,932 min ton meyvə və tərəvəz konservləri (artım 17,2%), $6 milyon 858 min dəyərində (azalma 62,4%) 3,041 min ton tütün (azalma 55,9%), $6 milyon 605 min dəyərində (azalma 42,6%) 731,5 ton çay (azalma 58,9%) ixrac edib.*
B.Rüstəmbəyov