Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
“Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır. Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş təbrikdə bildirilir.*
R.Əhmədov