2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən 26 milyard 623 milyon 473,52 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 40,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın ümumi ixracının 40,35%-i (2022-ci ildə 39,29%-i) qaz ixracının payına düşüb.
Qaz ixracından $13 milyard 678 milyon 344,14 min məbləğində gəlir (azalma 8,7%) əldə edilib.
2023-cü ildə ixracın əsas həcmi Türkiyə (40,8%) və İtaliyanın (40,2%) payına düşüb.
Ölkə |
Həcm, min kubmetr |
2022-ci illə müqayisədə |
Gəlir, min dollar |
2022-ci illə müqayisədə |
AVROPA |
||||
İtaliya |
10705462 |
+30,4% |
8 052 416,09 |
-27,1% |
Bolqarıstan |
1 275 253 |
+3,5 dəfə |
470 340,26 |
+,97,7% |
Yunanıstan |
1 117 467,2 |
+43,4% |
900 286,15 |
-21,2% |
Rumıniya |
184 286,16 |
- |
171 246,25 |
- |
REGİON |
||||
Türkiyə |
10854 349 |
+58,4% |
3 681 484,94 |
+66,7% |
Gürcüstan |
2 148 664 |
-16,8% |
346 624,96 |
-0,9% |
Rusiya |
326 532,4 |
- |
55 510,51 |
- |
İran |
11 460,13 |
-93,4% |
434,98 |
-93,4% |
CƏMİ |
26 623 473,5 |
+40,4% |
13 678 344,14 |
-8,7% |
N.Abbasova*