Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ildə Azərbaycandan rekord həcmdə - 492,9 min teracoula yaxın təbii qaz idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən bildirir.
Statistik məlumatlara görə, 2022-ci illə müqayisədə tədarükün həcmi 2,5% artıb.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə idxal edilmiş qazın dəyəri təxminən 6,2 milyard avro (azalma 2,5 dəfə) təşkil edir.
2023-cü ilin dekabr ayında Aİ ölkələri Azərbaycandan qaz idxalını illik müqayisədə 9,9% - 40,3 min teracoula qədər azaldıb. İdxalın dəyəri 442,3 milyon avro (azalma 2,7 dəfə) təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycan qaz ixracını 2022-ci illə müqayisədə 5,3% - 23,8 milyard kubmetrə qədər artırıb. Avropaya 11,8 milyard kubmetr qaz ixrac edilib.*
R.Kərimov