2024-cü ilin yanvar ayında Azərbaycanda 406 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 fevral 2024-cü il tarixinə anbarlarda 266 ədəd (2024-cü il yanvarın 1-nə 17 ədəd) minik avtomobili var.
Yanvarda Azərbaycanda 49 ədəd traktor (azalma 51,3%) istehsal edilib. 2024-cü il fevralın 1-nə anbarlarda 10 ədəd traktor var.
Bundan başqa, ötən ay 63 ədəd yük avtomobili (artım 57,5%) istehsal edilib. Fevralın 1-nə anbarlarda 57 ədəd yük avtomobili var.
Hazırda Neftçala, Hacıqabul və Naxçıvanda minik avtomobillərinin istehsalı üzrə üç, Gəncədə isə kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalı üzrə bir zavod fəaliyyət göstərir. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2023-cü ildə Azərbaycanda 3738 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 82,4% çoxdur.*
B.Rüstəmbəyov