Dövlət Vergi Xidməti (DVX) Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması işlərinə başlayıb.
“Aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid və formalaşmış mövcud qanunvericilik təcrübəsindən çıxış edərək, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması işlərinə başlanıb”, - deyə DVX-dən bildirilib.
Hazırda Azərbaycanda qüvvədə olan Vergi Məcəlləsi 2000-ci ildə qəbul olunub və 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minib.*
B.Rüstəmbəyov