HƏMAS İsraillə əsir və girov mübadiləsi barədə razılığın əldə olunması üçün İsrail ordusunun Qəzza zolağından çıxarılmasını tələb edir.
“İstənilən razılaşma atəşkəsi və İsrail hərbçilərinin Qəzza zolağından çıxarılmasını təmin etməlidir. Yalnız bundan sonra əsir mübadiləsi barədə razılığa gəlmək mümkün olacaq”, - deyə İsrail KİV-ləri HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə istinadla bildirir.
Bundan əvvəl İsrail hökuməti dəfələrlə bildirmişdi ki, ölkə HƏMAS-ı tam məğlub etməyənə qədər qoşunlarını Qəzzadan çıxarmayacaq.*