Bu ilin mart ayında Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“İnterfaks-Azərbaycan” agentliyi Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN başçısı İliya Darçiaşvilinin Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı bildirilib.
“Görüşdə tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin Orta Dəhlizin inkişafının önəmini qeyd ediblər. Yüksək səviyyəli görüşlərin vacibliyi və Türkiyə-Gürcüstan Strateji Əməkdaşlıq Şurası formatının əhəmyyəti qeyd olunub”, - deyə məlumatda vurğulanıb.
Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının uğurla həyata keçirilməsini müzakirə edən nazirlər qeyd ediblər ki, martda Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.*
X.Nəsirzadə