Bolqarıstan 2023-cü ildə Azərbaycandan rekord həcmdə - 37,7 min teracoul təbii qaz idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
2022-ci illə müqayisədə idxal 58% artıb.
Statistik məlumatlara görə, hesabat dövründə Bolqarıstan Azərbaycandan 311,5 milyon avro dəyərində (azalma 18,7%) qaz idxal edib.
Ötən ilin dekabr ayında Bolqarıstan Azərbaycandan qaz idxalını 1% - 3,2 min teracoula qədər azaldıb və qaz alışına təxminən 22,8 milyon avro (azalma 25%) yönəldib.
Avrostatın məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə Bolqarıstan Azərbaycandan qaz idxalını 2,2 dəfə - 23,9 min teracoula qədər artırıb. Sofiya aldığı qaza görə 383 milyon avro (artım 8 dəfə) ödəyib.*
R.Kərimov