Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də 60-cı Müxhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək Beynəlxalq iqlim diplomatiyasının perspektivləri (COPing Mechanism: Prospects for International Climate Diplomacy) ilə bağlı müzakirənin iştirakçısı kimi bəyan edilib.
16-18 fevral tarixlərində Almaniyanın Münxen şəhərində Müxhen Təhlükəsizlik Konfransı keçiriləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi tədbirin proqramına əsasən, müzakirələrdə həmçinin BMT-nin İnkişaf Proqramının (BMTİP) administratoru Akim Stayner, Barbadosun baş naziri Mia Mottli, iqlim hərəkətləri üzrə Avropa komissarı, Niderlandın keçmiş xarici işlər naziri Vopke Xukstra və b. İştirak edəcəklər.
Xəbər verildiyi kimi, Azərbaycanda 2024-cü ilin noyabrında BMT-nin iqlim konfransı (COP29) keçiriləcək. **
R.Kərimov