Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Münxenə üç günlük işgüzar səfərə yola düşüb.
"Ermənistanın baş naziri Münxen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Konfrans çərçivəsində Paşinyan xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək", - baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məumat verib.
O qeyd edib ki, Paşinyan həyat yoldaşı ilə Münxenə gedib. **