2023-cü ildə "Carlsberg Azerbaijan" şirləti 2022-ci illə müqayisədə satış həcmini 1% artırıb.
"Carlsberg Azerbaijan" 2022-ci illə müqayisədə 2023-cü ildə satış həcmində 1% artım əldə edib. Bu artım əsasən turizm və on-trade (otel, kafe, restoranlar) kanalının canlanması hesabına baş verib. “Carlsberg Azerbaijan”ın şəbəkə mağazalarında satışları 12% artıb. "HoReCa" kanalı (otel, kafe, restoran) 3% artım,ənənəvi ticarət kanalı (kiçik mağazalar) isə 3,4% göstərici ilə bir qədər azalma nümayiş etdirib ki, bu da istehlakçıların müasir satış nöqtələrindən istifadəyə keçməsi ilə izah olunur”, - şirkətin məlumatında deyilir.
“Carlsberg Azerbaijan”dan vurğulanıb ki, satış artımı dövlət büdcəsinə vergi ödənişlərinin 15% - 38,1 milyon manata qədər artması ilə müşayiət olunub.
“İnterfaks-Azərbaycan” şirkətin məlumatına istina edərək xəbər verir ki, 2023-cü ildə “Carlsberg Azerbaijan” Gürcüstana ixracı 22% artırıb.
Məlumatda "Carlsberg Azerbaijan" MMC-nin baş direktoruAlius Antulisin sözləırindən sitat gətirərək bildirilir ki, 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb. “Bu sənədə əsasən, şirkət 25 milyon manat sərmayə qoymağı öhdəlik götürüb. 2023-cü ilin sonuna biz artıq 18 milyon manat sərmayə qoymuşuq, 2024-cü il üçün investisiya planı təqribən 6,7 milyon manat (cari məzənnə ilə $3,94 milyon) təşkil edir ki, bu da “Carlsberg Group”un Azərbaycanda biznesi inkişaf etdirmək və genişləndirmək niyyətini nümayiş etdirir", - o vurğulayıb.
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 260 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3 mindən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 60 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Baltika", "Əfsanə", "Kronenbourg Blanc 1664" kimi məşhur markalar daxildir. **
R.Əhmədov