2024-cü ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 1 milyon 462 min 278,29 ton neft ixrac edib ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 34,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat ilində Azərbaycandan $863 milyon 453,89 min dəyərində (azalma 38,2%) neft ixrac edilib.
Yanvarda ixracın ümumi strukturunda neftin payı 46,83% (2023-cü ilin yanvar ayında 74,47% - İF) təşkil edib.
Hesabat ayında 10 ölkə Azərbaycan neftinin alıcısı olub.
DGK-nın məlumatına görə, yanvarda İsrail Azərbaycan neftinin əsas alıcısı olaraq qalır, “qara qızıl” ixracının 35,8%-i bu ölkənin payına düşüb. Həmçinin ilk üçlüyə Tayland və İtaliya daxil olub.
Diqqətəlayiqdr ki, yanvarda Azərbaycan neftinin idxalçıları sırasına Özbəkistan da daxil olub. Lakin tədarük həcmi cüzi olub.
2024-cü ilin yanvar ayında alıcı ölkələr üzrə neft ixracının strukturu aşağıdakı kimidir:
Ölkələr |
Həcm, ton |
Gəlir, min $ |
İsrail |
523553,89 |
296946,74 |
Tayland |
189175,53 |
115322,09 |
İtaliya |
179236,62 |
110546,51 |
Portuqaliya |
138692,12 |
87859,10 |
Hindistan |
131887,42 |
79605,46 |
Tunis |
130227,89 |
77525,79 |
İndoneziya |
86721,65 |
52551,84 |
İspaniya |
76534,64 |
39881,49 |
Türkiyə |
5355,34 |
2780,78 |
Özbəkistan |
893,20 |
434,09 |
Cəmi |
1 462278,29 |
863453,89 |
N.Abbasova