Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da Litva Respublikasının bərpası münasibətilə Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik ünvanlayıb. Təbrikdə qeyd olunub ki, Bakı və Vilnüs arasında ticarət, nəqliyyat və bərpa olunan enerji sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlər var
“Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik”, - “İnterfaks-Azərbaycan” dövlət başçısının saytında dərc olunan təbrikdən sitat gətirir.
Əliyev əmindir ki, «Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir”. **
R.Kərimov