Israil hərbçiləri cümə gününə keçən gecə Livanın cənubundakı “Hizbullah” hərəkatının hərbi obyektinə zərbə endiriblər. Bu barədə «The Times of Israel» nəşri xəbər verir.
İsrail Müdafiə Ordusu (İMO) məlumat verib ki, qırıcılar Kantara şəhərində hərbi məqsədlər üçün istifadə olunan binaya hücum edib, nəticədə «bir neçə terrorçu ləğv edilib».
Qeyd olunur ki, Kantara yaxınlığında yerləşən digər hərbi infrastruktur da zərbələrə məruz qalıb. **