“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına (Cəbrayıl rayonu) rezidentlərin investisiyaları 67 milyon manat həcmində qiymətləndirilir, 2023-cü ilin sonuna 10 milyon manat yatırılıb. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov cümə gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırda Sənaye Parkının 10 rezidenti və bir qeyri-rezidenti var.
“2024-cü ildə Parkda 2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisəsinin açılışı planlaşdırılır», - İZİA sədri əlavə edib. **
B.Rüstəmbəyov