2024-cü ilin yanvar ayının yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $264 milyon 801,07 min təşkil edib ki, bu da 2023-ci ilin yanvar ayının göstəricisindən 21,35% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,87%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $75 milyon 592,21 min dəyərində məhsul (artım 10,4%) ixrac edilib. Azərbaycandan ixracın 4,1%-i Rusiyanın payına düşüb.
Yanvarda Rusiyadan Azərbaycana $189 milyon 208,86 min dəyərində (azalma 29,4%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 16,57% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $113 milyon 616,65 min təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $4 milyard 358 milyon 740,17 min təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 17,5% çoxdur.**
B.Rüstəmbəyov