Azərbaycan və Qazaxıstan müdafiə sahəsində hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini imzalamaq üçün hazırlayırlar.
Qazaxıstan mətbuatının məlumatına görə, Qazaxıstan hökuməti müvafiq sazişin layihəsini təsdiqləyib.
Tərəflər əməkdaşlığı aşağıdakı formalarda həyata keçirəcəklər: səlahiyyətli orqanların rəhbərlərinin rəsmi səfərləri və ekspertlərin iş görüşləri; müdafiə sahəsində kəşfiyyat hərbi məlumatlarının aşağıdakı mövzu istiqamətləri üzrə qarşılıqlı mübadiləsi: terror və ekstremist təşkilatlar; qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr; tərəflərin səlahiyyətli orqanlarının şəxsi heyəti üçün döyüş hazırlığı tədbirlərinin keçirilməsi.
Sazişin məqsədi müdafiə sahəsində hərbi kəşfiyyat sahəsində əməkdaşlığın həyata keçirilməsidir. **
R.Əhmədov