Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə İdarəsinin saytında Aleksey Navalnının ölümü barədə məlumat verilib.
«16.02.2024-cü il tarixində 3 saylı cəzaçəkmə koloniyasında məhkum A.A. Navalnı gəzintidən sonra özünü pis hiss edib, dərhal huşunu itirib», - məlumatda bildirilir.
Bəyanatda deyilir ki, müəssisənin tibb işçiləri cəlb olunub, «təcili tibbi yardım ekipajı çağırılıb».
"Bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib, lakin bu müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü bildiriblər. Ölüm səbəbləri araşdırılır", - məlumatda qeyd olunur. **