Azərbaycan və Oman arasında “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.
“İnterfaks-Azərbaycan” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, danışıqlar Omanın paytaxtı Məsqətdə keçirilib.
“Üç gün davam edən müzakirələrin nəticəsi olaraq saziş layihəsinin vergitutma ilə bağlı əksər müddəaları üzrə razılıq əldə olunub. Açıq qalan digər maddələrin növbəti danışıqlar zamanı razılaşdırılması istiqamətində işlərin aparılacağı vurğulanıb”, - Xidmətdən qeyd ediblər.
Əlavə olunub ki, bu saziş iki ölkənin sərmayəçilərinə əlverişli şəraitin yaradılması, məlumat mübadiləsi və vergi borclarının yığılmasında effektiv alətlərin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. **
R.Əhmədov