Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan 20,3 min tona yaxın neft idxal edib, bu da son 4 il ərzində ən yüksək həcmdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
2023-cü ildə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 2022-ci illə müqayisədə 2,6% artıb.
Aİ ölkələri Azərbaycandan 12,4 milyard avro dəyərində (ildən ilə azalma 18%) neft idxal edib.
Dekabr ayında Aİ ölkələri Azərbaycandan 970,5 milyon avro dəyərində (azalma 26%) 1,6 milyon tona yaxın neft (ildən ilə azalma 17,8%) idxal edib.
2023-cü ildə Azərbaycandan neft idxal edən Aİ ölkələrinin onluğuna İtaliya (6,8 milyard avro dəyərində (azalma 0,7%) 11,3 milyon ton (artım 24,8%), Çexiya (1,2 milyard avro dəyərində (azalma 9,1%) 2 milyon ton (artım 13,9%), İspaniya (875,2 milyon avro dəyərində (azalma 37,7%) 1,4 milyon ton (azalma 26,5%), Almaniya (750,3 milyon avro dəyərində (azalma 2,3 dəfə) 1,2 milyon ton (azalma 46,3%), Xorvatiya (699,2 milyon avro dəyərində (azalma 40,4%) 1,15 milyon ton (azalma 18,5%), Portuqaliya (404,6 milyon avro dəyərində (azalma 2 dəfə) 631,3 min ton (azalma 43,8%), İrlandiya 375,3 milyon avro dəyərində (azalma 10,4%) 617,3 min ton (artım 16,2%), Yunanıstan (309,4 milyon avro dəyərində (azalma 24,2%) 529,6 min ton (azalma 1,5%), Avstriya (306,6 milyon avro dəyərində (artım 8,2 dəfə) 498,7 min ton (artım 9,2 dəfə) və Rumıniya (262,2 milyon avro dəyərində (azalma 2 dəfə) 435,5 min ton (azalma 38,5%) daxil olub.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15,1 milyard avro dəyərində (artım 66,7%) 19,8 milyon ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib.**
R.Kərimov