Cümə günü Münxendə Azərbaycan prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu. **
B.Rüstəmbəyov