Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
Azərbaycan Prezidentin saytında məlumat verilir ki, Əliyevin Paşinyanla görüşü Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüşdən sonra baş tutub.
Əliyev və Paşinyan arasında ikitərəfli görüşün yekunlarına dair normallaşma prosesinin müzakirəsi üçün iki ölkənin xarici işlər nazirlərinin tezliklə görüşünün keçirilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, delimitasiya komissiyasının görüşləri keçiriləcək. **
V.Əliyev