Niderlandın Baş naziri Mark Rütte bəyan edib ki, hazırda Ukraynanın NATO-ya qəbul edilməsi üçün lazımi şərait yoxdur.
«Ukrayna hərbi əməliyyatlarda iştirak edərkən NATO-ya qəbul edilə bilməz», - Niderland hökumətinin rəhbəri şənbə günü Münxen Təhlükəsizlik Konfransında çıxışında bildirib.
«Bu vəziyyətdə Ukraynaya çox şey vəd etməmək vacibdir», - o əlavə edib.
Niderland hökumətinin başçısı dövlətlərin Aİ-yə və NATO-ya üzv olmaları proseslərindəki fərqi qeyd edib. "NATO-da müxtəlif seçimlər yoxdur. Ya tam hüquqlu üzvsünüz, ya da təşkilatın üzvü deyilsiniz. Avropa İttifaqında ölkənin təşkilatın tam hüquqlu üzvü olmasına üçün bir neçə mərhələ var", - baş nazir izah edib.
Bununla yanaşı, o, bütün müttəfiqlərin Alyansa qoşulmaq istəyində Ukraynaya dəstək olmasının vacibliyini qeyd edib. **