Ağ Ev xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukrayna qoşunları Avdeyevkanı tərk etdikdən sonra konqresmenləri dərhal Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsinə baxmağa və qəbul etməyə çağırıb.
«Prezident Bayden Konqresin Ukrayna silahlı qüvvələrinin ehtiyatlarını doldurmaq üçün milli təhlükəsizliyin əlavə maliyyələşdirilməsi haqqında qanun layihəsinin təcili qəbul edilməsinin zəruriliyini vurğulayıb», - Ağ Evin Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı barədə verdiyi məlumatda deyilir.
O qeyd edib ki, «Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində tədarükün azalması səbəbindən silah-sursat istifadəsini azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilmək məcburiyyətində qalıblar». **