Azərbaycanın energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” Energetika Nazirliyinə istinadən xəbər verir.
“Səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır”, – məlumatda deyilir.
Həmçinin, Şahbazov ABŞ-da rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. **
X.Nəsirzadə