İsrail Müdafiə Ordusu (İMO) gün ərzində Qəzza zolağında 45-ən çox HƏMAS üzvünü zərərsizləşdirib, silah anbarlarını dağıdıb. Bu barədə Times of Israel xəbər verir.
İsrail hərbçilərinin məlumatına görə, Xan Yunis şəhərində bir neçə reyd keçirilib, xüsusilə, silah anbarı dağıdılıb. Havadan zərbələr və tank bölmələrinin atəşi nəticəsində HƏMAS-ın 20-dən çox üzvü zərərsizləşdirilib.
Xüsusi təyinatlı qüvvələr Xan Yunisdə xəstəxanalarda axtarışları davam etdiriblər. Kəşfiyyat xidmətlərinin məlumatına görə, orada əvvəllər hücum nəticəsində əsir götürülmüş girovlar saxlanılıblar. Orada da silah anbarları aşkar olunub.
İMO-nun məlumatında deyilir ki, Qəzza zolağının mərkəzi hissəsində də döyüşlər davam edir. **