Fransa və Ukrayna prezidentləri tərəfindən imzalanan qarşılıqlı təhlükəsizlik sazişi Kiyevə hərbi dəstəyi nəzərdə tutur, lakin Paris özünü münaqişənin tərəfdaşlarına aid etmir. Bu barədə Fransanın müdafiə naziriSebastyan Lekornyu bəyan edib.
O, «Le Journal du dimanche» nəşrinə müsahibəsində bildirib ki, Ukraynaya kömək etmək «hərbi əməliyyatların iştirakçısı olmaq demək deyil».
Onun sözlərinə görə, ötən cümə günü bağlanmış saziş «Fransanın həm silah, həm də texnikaya texniki xidmət, həm də təlim (hərbi) baxımından (...) Ukraynanı dəstəkləməyə sarsılmaz sadiqliyini» təsdiqləyir. Lekornyunun sözlərinə görə, xüsusilə hava hücumundan müdafiə və artilleriya sahələrində dəstək həyata keçiriləcək. **