Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8323 manat/1EUR səviyyəsində (fevralın 16-na 1.8290 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0184 manat/1RUB səviyyəsində saxlayıb.
AMB fevralın 19-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0551 manat/1TRY səviyyəsində (fevralın 16-na 0.0552 manat/1TRY) müəyyən edib.*
B.Rüstəmbəyov