2024-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 831,022 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir.
Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin dəyəri 22,476 milyon manatdır ($13,2 milyon).*
R.Kərimov