Azərbaycan 2023-cü ildə Avropa İttifaqına (Aİ) neftin 10-cu ən böyük ixracatçısı olub.
“İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir ki, 2023-cü ildə Avropa İttifaqına neft tədarükçülərinin TOP-10-luğuna ABŞ (41,9 milyard avro dəyərində 67 milyon ton), Norveç (35,9 milyard avro dəyərində 53,6 milyon ton), Qazaxıstan (25,8 milyard avro dəyərində 44,2 milyon ton), Səudiyyə Ərəbistanı (20,4 milyard avro dəyərində 35,2 milyon ton), Liviya (20,7 milyard avro dəyərində 34,8 milyon ton), İraq (17,9 milyard avro dəyərində 34,2 milyon ton), Nigeriya (17,9 milyard avro dəyərində 29,1 milyon ton), Böyük Britaniya (14,7 milyard avro dəyərində 24,1 milyon ton), Rusiya (8,8 milyard avro dəyərində 20,4 milyon ton) və Azərbaycan (12,4 milyard avro dəyərində 20,3 milyon ton) daxil olub.
Avrostatın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 20,3 milyon tona yaxın neft idxal edib, bu, son 4 il ərzində maksimum göstəricidir. 2022-ci illə müqayisədə Azərbaycandan neft idxalı 2,6% artıb, idxalın dəyəri 12,4 milyard avro (azalma 18%) təşkil edib.*
R.Kərimov