Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsselə səfərə yola düşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, bu, İ.Kobaxidzenin baş nazir kimi ilk xarici səfəridir.
“Səfər çərçivəsində baş nazirin Avropa İttifaqı və NATO nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılıb. O, Gürcüstan – Avropa İttifaqı Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcək”, - deyə məlumatda qeyd olunub.
Səfər çərçivəsində İ.Kobaxidze, həmçinin NATO baş katibi ilə görüşəcək, eləcə də NATO - Gürcüstan komissiyasının iclasında iştirak edəcək.*