Fevralın 19-na qədər Azərbaycan və Türkiyə Rusiyaya 22,3 milyon ədəd yumurta ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.
12-18 fevral tarixlərində Rusiyaya Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 2,1 milyon ədəd, Türkiyədən isə 316,8 min ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub.*