Azərbaycan 2023-cü ildə dünya bazarlarına 3 min 719,75 kq qızıl ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 32% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $162 milyon 755,82 min (azalma 12%) təşkil edib.
2023-cü ildə ixracın bütün həcmi İsveçrənin payına düşüb.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl hasilatı həyata keçirilir.*
N.Abbasova