İsrailin xarici işlər naziri İsrael Kats Qəzza zolağında baş verənləri fələstinlilərə qarşı soyqırımı adlandırmış Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı “persona non grata” elan edib. Bu barədə İsrailin “i24” telekanalı məlumat yayıb.
“Biz bunu unutmayacağıq və bağışlamayacağıq. Bu, ciddi antisemit bəyanatdır. Öz adımdan və İsrail Dövlətinin vətəndaşları adından Prezident Lulaya bildirirəm ki, o, sözlərini geri götürməyənə qədər İsraildə qəbul edilməyəcək”, - deyə nazir bildirib.
Telekanal qeyd edir ki, nazir bu qərarı Silvanın bəyanatı ilə əlaqədar nazirliyə çağırılmış Braziliya səfiri Federiko Mayerin diqqətinə çatdırıb.
“İsrailin HƏMAS-a qarşı haqlı müharibəsinin Hitler və nasistlərin vəhşilikləri ilə müqayisə edilməsi biabırçılıq və ciddi antisemit hücumdur”, - deyə Kats əlavə edib.*