Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 18-də Türkiyəyə rəsmi səfərə gəlib.
Türkiyə mətbuatının məlumatına görə, bu gün nümayəndə heyətləri arasında da geniş tərkibdə danışıqlar aparılacaq. Bundan başqa, dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.*
R.Əhmədov