Fevralın 19-da Azərbaycanla Türkiyə arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 3 sənədin imzalanması mərasimi olub.
Sənədlər Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yüksək səviyyəli danışıqların yekunları üzrə imzalanıb.
Azərbaycan liderinin saytında dərc olunmuş məlumata görə, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb.*
R.Kərimov