ABŞ Prezidenti Co Bayden Aleksey Navalnının ölümü ilə əlaqədar Vaşinqtonun Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməsi mümkünlüyünü istisna etməyib. Bu barədə Amerika mətbuatı məlumat yayıb.
“Biz artıq Rusiyaya qarşı sanksiyalar tətbiq etmişik, lakin əlavə sanksiyaların tətbiq edilməsi imkanını da nəzərdən keçiririk”, - deyə Bayden jurnalistlərə bildirib.*